"Anamı qoymadım ki, Şuşadan bir ovuc torpaq götürsün" - Zöhrə Abdullayeva ÖLKƏ 04.11.20 13:46

Oxunma sayı: 405
4-11-2020, 11:47

"Anamı qoymadım ki, Şuşadan bir ovuc torpaq götürsün" - Zöhrə Abdullayeva ÖLKƏ 04.11.20   13:46
Əməkdar artist Zöhrə Abdullayeva “7 canlı” proqramının qonağı olub.

Arasdırma.info xəbər verir ki, müğənni son günlər bir-birinin ardınca gələn qələbə xəbərlərinə öz münasibətini bildirib, eyni zamanda Şuşa ilə bağlı xatirələrini bölüşüb:

“Ali Baş Komandanımız, əsgərlərimiz və zabitlərimizlə qürur duyuram. Allah onları qorusun. Hər gün torpaqlarımız geri qaytarılır. Bu zəfərlərimizin daim olmağını arzu edirəm. Sevincimi Şuşada, Laçında, Kəlbəcərdə və Zəngilanda yaşamaq istəyirəm.

Hər kəs bilir ki, Şuşada doğulmuşam. İnsan ilk dəfə harada ayaq açıb yeriyirsə, o torpaq mütləq onu çəkir. Şuşa mənim qəlbim və nəfəsimdir. Bir zamanlar Şuşa üçün gözlərim qan ağlayırdı. Hazırda isə sevinc içindəyəm. Şuşanı yuxuda da görəndə sevinirdim”.

Sənətçi sonucu dəfə 1989-cu ildə Şuşada olduğunu deyib:

“Sonuncu dəfə Şuşaya anamla getmişdim. Onu istirahət evinə aparmışdım. Birdən o Cıdır düzündə əyilib yerdən üzərində bənövşə bitən torpağı götürmək istədi. Lakin mən qoymadım, dedim səni gələn il də bura gətirəcəm. Torpağı niyə götürürsən sualını verəndə isə... O mənə bu torpaqda uşaqlığını və gəncliyini axtardığını bildirdi. Şuşa mənim hər şeyimdi. Ora ilə bağlı xatirələrim çoxdur. İnşallah mənə o torpağı bir də görmək nəsib olar”.//Axsam.az

Paylaş
Xəbər lentİ