“Molla Pənah Vaqif” kitabı nəşr olunub

Oxunma sayı: 767
6-03-2017, 17:05

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.

“Molla Pənah Vaqif” kitabı nəşr olunub


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitab Azərbaycan prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar çap olunub. Yeni nəşrdə Molla Pənah Vaqifin yaradıcılığı geniş aspektdə təhlil edilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” Nəşriyyat Evində çap olunub.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində kitabın geniş təqdimatı keçiriləcək. Şöbədən bildiriblər ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanacaq.

Paylaş
Xəbər lentİ