Flora Kərimovanın ÜRƏYİ DAYANIB? - AÇIQLAMA

Oxunma sayı: 350
9-04-2021, 17:56

Flora Kərimovanın ÜRƏYİ DAYANIB? - AÇIQLAMA
Xalq artisti Flora Kərimova səhhətindəki son durumdan danışıb.

Arasdırma.info xəbər verir ki, Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşılaşdığını deyib.

"Hazırda səhhətim yaxşıdır. Masaj ediləndə qabırğalarımı əzdilər. Çətin nəfəs alırdım. Qabırğamı evdə müalicə edirəm. Özümü pis hiss elədim, məni yataq otağına apardılar. Duranda halım pisləşdi. İndi düzəlmişəm, hər şey yaxşıdır", - F.Kərimova bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb.

İddialara görə, 80 yaşlı sənətçinin yaxını Yaqut xanım onun ürəyinin dayandığını deyib.

Paylaş
Xəbər lentİ