Şair Vuqar Həmati ad gününü qeyd edir

Oxunma sayı: 811
18-06-2019, 23:17

Şair Vuqar Həmati ad gününü qeyd edir
Bu gün şair,yazıcı və iş adamı Vüqar Həmatinin ad günüdür.Xatırladırıq ki,Vüqar Həmati 1975-ci ildə Lerik rayonunda anadan olub.O,vətənpərvər şair olmaqla yanaşı həmdə "Aləm" jurnalının təsisçisi və baş redaktorudur.Yazdığı şerlərdə o,Vətənin gözəllikləri,sevgi,eləcə də mənəvi dəyərləri və insanlığı təbliğ edir.
Redaksiya adından şairi təbrik edir,ona can sağlığı və işlərində müvəffəqiyyət arzu edirirk.



Sənin xatirinə
Bunca bülbül gəlir əfğanə sənin xatirinə,
Aşiq olmuş güli-xəndanə sənin xatirinə.

Hər kəs istər sürə öz ömrünü şən dünyadə,
Razı oldum qəmi-dövranə sənin xatirinə.

Çəkirəm şövq ilə eşq içrə bu dərdindi deyə,
Yummuşam göz daha dərmanə sənin xatirinə.

Sünbülüm, yasəmənim, nazlı gülüm sənsən, sən,
Çıxmaram bir də gülüstanə sənin xatirinə.

Vüqarı məst eləyən gül dodağındır, gözəlim,
Ələ almaz dəxi peymanə sənin xatirinə


Şair Vuqar Həmati ad gününü qeyd edir

Paylaş
Xəbər lentİ