Ülviyyə Könül bu telekanala direktor təyin olundu

Oxunma sayı: 317
19-10-2021, 20:58

Ülviyyə Könül bu telekanala direktor təyin olundu
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin "Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.

Arasdırma.info xəbər verir ki,"AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən "Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.//qaynarinfo

Paylaş
Xəbər lentİ