Embawood şirkəti və Elşad Abbasov

Oxunma sayı: 3 063
8-08-2020, 08:33

Embawood şirkəti və  Elşad Abbasov
Elşad Abbasov orta və böyük ölçülü müəssisələrin idarə edilməsində 20 ildən çox təcrübəsi olan və Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstanda çoxsaylı layihələrə sahibdir.

1983-cü ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Akademiyasında müəllimlik etməyə başlayıb. 2010-cu ildən Dövlət Memarlıq və İnşaat Universitetində Taxta Emalı üzrə Dövlət Attestasiya Komissiyasının idarə heyətinin sədridir və Azərbaycanda gələcək mütəxəssislərin yetişməsinə kömək edən elmi tədqiqat layihələrinin inkişafını dəstəkləyir.

Bu gün texnologiya sənayesində lider olmaq istəyən yeniliklərə hazır olan, dünyanın hər yerində olan gənc iddialı istedadlarını dəstəkləməkdən zövq alır. Layihələrinin nəticələrini təqdim etmək, məhsullarını xaricdə Azərbaycan milli brendi kimi tanımaq və məlumatlandırmaqda da o, bənzərsiz fikirlərini daha da dəstəkləyir.
Şirkətin bir neçə yerdə müəssisələri fəaliyyət göstərir və bu müəssisələrdə minlərlə insan çalışır.
Elşad Abbasovun səyi nəticəsində son illər ərzində şirkətin tarixində baş vermiş əhəmiyyətli hadisələr və açılan müəssisələr çoxdur.
1996-cı il — Masallıda istehsalın qurulması;
2000-ci il — Xırdalanda ikinci fabrikin açılması;
2000-ci il — Ev mebeli ilə yanaşı İdeal Dizayn adlı ofis mebeli brendinin açılması;
2002-ci il — Embawood brendinin bazara çıxarılması;
2004-cü il — İSO 9001:2000 Beynəlxalq “Keyfiyyətin İdarə Edilməsi Sistemi” üzrə sertifikatın alınması;
2005-ci il — Regional anbarların qurulması;
2007-ci il — İlk mağazanın açılması, pərakəndə satışın əsasının qoyulması;
2008-ci il — Xarici bazarlarda bazar payının götürülməsi;
2009-cu il — MDB məkanında ilk EN standartları ilə fəaliyyət göstərən Keyfiyyət sınaq laboratoriyasının qurulması;
2010-cu il — İkinci ev mebeli brendi - Madeyranın, döşək brendi - Dolce Nochenin bazara çıxarılması kimi müxtəlif işlərin müəllifidir.
Hazırda yeni Embawoodla Gürcüstan, Türkiyə, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi fəaliyyət göstərir.
Bu gün Elşad Abbasovun beyninin məhsulu olaraq daima yeniliklər və sivil bizes olaraq irəliləməsi aydın görünür.
Onu da qeyd etmək lazımdır ki,Elşad Abbasov şirkətidünya səviyyəli şirkətə çevirib.Ondan çox xarici dövlətlərdə,eləcə də respublikamızda ən yeni və gözəl dizanlı mebellərin satışı mövcuddur.
Embawood şirkəti və  Elşad AbbasovEmbawood şirkəti və  Elşad Abbasov
Embawood şirkəti və  Elşad Abbasov
Embawood şirkəti və  Elşad Abbasov
Embawood şirkəti və  Elşad Abbasov

Paylaş
Xəbər lentİ