Koronavirus peyvəndini kəşf edən alim ölü tapıldı – FOTO

Oxunma sayı: 378
22-12-2020, 22:14

Koronavirus peyvəndini kəşf edən alim ölü tapıldı – FOTO
Koronavirus peyvəndi üzərində işləyən elm adamının cəsədi tapılıb.

Arasdırma.info xəbər verir ki, Rusiyada COVİD-19 virusuna qarşı peyvənd hazırlanması prosesində iştirak edən və böyük irəliləyişə nail olan 45 yaşlı Aleksandr Kaqanski dünən gecə 14-cü mərtəbədən “yıxılaraq” ölüb.

Rusiya mətbuatı iddia edir ki, 45 yaşlı alimin cəsədi üzərində bıçaq zərbələrinə də rast gəlinib. Sankt-Peterburqda baş verən bu hadisə ilə bağlı istintaq işləri başlanılıb.

Polisin ehtimalına görə, alim Aleksandr Kaqanski 14-cü mərtəbədən düşməzdən əvvəl evdə bir nəfərlə əlbəyaxa olub.

Qeyd edilir ki, 45 yaşlı alim 13 il Şotlandiyada işləyib, 2017-ci ildən bu yana Rusiyadakı Uzaq Şərq Universitetinin Tibb Mərkəzində direktor vəzifəsində çalışıb. Alimin son aylar COVİD-19-a qarşı peyvənd üzərində işlədiyi bildirilir.//nokomment
Koronavirus peyvəndini kəşf edən alim ölü tapıldı – FOTO

Paylaş
Xəbər lentİ