Şəhid olan dünya çempionunun SON SÖZLƏRİ: "Tələbələrim məni gözləyir..."

Oxunma sayı: 357
28-01-2021, 04:50

Şəhid olan dünya çempionunun SON SÖZLƏRİ: "Tələbələrim məni gözləyir..."
Şuşa uğrunda şəhid olan dünya çempionu Emil Şamilovun ürəkparçalayan son sözləri sosial şəbəkələrdə yer alıb.

Arasdırma.info xəbər verir ki, şəhidin anası onun haqqında bunları danışıb:

"İstədiyi qız var idi, ən çox onunla danışırdı. Ona deyib: "Anamdan muğayat ol, o, çox pis olur". Şuşaya gedib bayraq sancacağını deyirdi. Şuşanın alınması xəbərinə çata bilmədi. Qəbri üzərinə gedəndə dedim ki, gözü aydın olsun, Şuşa alındı.

Düşmən onu snayperlə vurub. Bu zaman döyüş yoldaşları 10 dəqiqə ərzində onu danışdırıblar ki, şoka düşməsin. Oğlum həkimə "Qoymayın ölüm, tələbələrim məni gözləyir..." deyib".

Paylaş
Xəbər lentİ