Əli Həsənovun DİN-dən qovulan qaynının ilginc əməlləri - ŞOK

Oxunma sayı: 383
13-02-2021, 19:48

Əli Həsənovun DİN-dən qovulan qaynının ilginc əməlləri - ŞOK
Bu gün Daxili İşlər Nazirliyindəki vəzifəsindən işində yol verdiyi nöqsanlara görə azad edilən Cəbrayıl Vəliyevin müəllifliyi ilə həyata keçirilmiş qanunsuzluqlarla bağlı zamanında ölkə mətbuatında da işıqlandırılmış bir faktı xatırlatmaq istərdik.

Arasdırma.info xəbər verir ki,, ötən ilin aprelində Demokrat.az saytının baş redaktoru ilə Prezidentin ictimai siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov arasında yaranmış konflikt böyük səs-küyə səbəb olmuşdu. Olayın təfərrüatı isə aşağıdakı kimi olmuşdu.

Demokrat.az saytında Əli Həsənovun oğlu Şamxal Həsənovun rəhbərlik etdiyi Xəzər TV-nin aparıcısı Toliklə bağlı tənqidi məqalə yayımlanmışdı. Bundan bir neçə saat sonra Əli Həsənovun müxtəlif şəxslərə zəng etdirərək baş redaktoru təhdid etməkdən belə çəkinməmişdi. Gerisini Vasif Həsənlinin ovaxtkı facebook statusundan öyrənək:

"Mən materialı saytdan çıxartmadım. Səhəri gün polis idarəsindən mənə müstəntiq zəng edib, polisə çağırdı. Polis idarəsinə bir neçə həmkarlarımla birlikdə getmişdim. Səbəb kimi bilirsənmi mənə nə deyilirdi? "Özünü yaxşı aparmırsan, sənə zəng olunanda onları eşit, əks halda gələn dəfə pis olacaq!”.

Amma Həsənovların qəzəbi bununla da soyumayıb. Bundan sonra Şamxal Həsənov atasının hüdudsuz güc və səlahiyyətlərindən yararlanaraq baş redaktora qarşı daha amansız mübarizə üsulu seçir. Xatırladaq ki, o vaxt Salyanın polis rəisi bu gün vəzifədən azad edilən və Şamxal Həsənovun dayısı, Əli Həsənovun isə qaynı olan Cəbrayıl Vəliyev idi.

Şamxal Mehdiyev dayısı olan polis rəisinin əli ilə baş redaktorun ailə üzvlərinə təzyiqlər etdirib. Baş redaktor olanları belə təsvir edir:

"Salyanda yaşayan yaxın qohumlarım tərəfindən atama xəbər çatdırılmışdı ki, məni geri çəkindirsin. Atam bu barədə mənə bildirəndə lazımı yerlərə məlumat verdim ki, mənə qarşı edilən bu təzyiqlərin sifarişçisi kimi Əli Həsənovun oğlu Şamxal Həsənlinin adı hallandırılır. Eyni zamanda xahiş etdim ki, araşdırılıb mənə də məlumat verilsin. Bundan sonra mənə qarşı olan açıq təzyiqlər dayandırıldı. Lakin Salyanda polis tərəfindən ailəmin narahat edilməsi ilə bağlı bu günədək heç bir araşdırma aparılması barədə məlumat verilməyib”.

Sonda xatırladaq ki, Əli Həsənovun oğlu Şamxal Həsənov İkinci Qarabağ Müharibəsinin başladığı günlərdə ABŞ-a köç edib və bununla da "vətənpərvərliyi”ni növbəti dəfə isbatlayıb.

Paylaş
Xəbər lentİ