Dövlət Gömrük Komitəsi – Dövlət içində dövlət

Oxunma sayı: 305
29-07-2021, 03:21

Dövlət Gömrük Komitəsi – Dövlət içində dövlət
Dövlət Gömrük Komitəsində özbaşınalıq, vəzifəsindən sui-istifadə halları və rüşvət baş alıb gedir. Bu fikirləri dövlət qrumundan şikayətçi olan sahibkar Nərmin Muradova bildirib.

NOCOMMENT.az-a Gömrük Komitəsindən şikayətçi “ZAJ CORPORATİON” MMC-nin adına rəsmiləşdirdiyi və rəsmi etibarnaməsi olan Muradova Nərmin Mirzəbala qızı iyulun 27-si tarixində xaricdən gətirdiyi dərman preparatının rəsmiləşdirilməsi ilə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət edib.

Komitənin Gömrük Dəyərləndirilməsi və Risklərin İdarəolunması şöbəsinin rəisi Koçeriqin Dmitriy Anatolyeviç gətirilən malın birini 33 manatdan dəyərləndirib.
Dövlət Gömrük Komitəsi – Dövlət içində dövlət


Bununla razılaşmayan mal sahibi eyni adlı dərmanı başqa bir aptekdən daha ucuz, yəni 25.70 manata əldə edərək, təkrar Dmitriy Koçeriqinə müraciət edib. Gətirilən malın Komitənin qərarı ilə ən aşağı qiymətləndirilməsini istəyən sahibkara şöbə müdiri qiymətləndirməni onun aparmadığını deyərək, xanımı başqa bir inspektorun yanına göndərib. Halbuki, Komitədə qiymətlərə nəzarət və təsdiqləmə Dmitriy Koçeriqinin üzərindədir.


Dövlət Gömrük Komitəsi – Dövlət içində dövlət
İnspektorla razılaşdırılandan sonra iyulun 28-i tarixində Nərmin xanım 41 min ABŞ dolları Gömrük Komitəsinin 46-cı qrafasına pul köçürüb. Pulu keçirməsinə, ƏDV və vergini də ödəməsinə baxmayaraq, Koçeriqin sahibkarın malını qərəzli şəkildə heç bir səbəb olmadan buraxılmasına icazə verməyib. Malın Gömrükdə artıq qalmasına görə xanım sahibkar hər günə görə “Tır” sürücüsünə 100 ABŞ dolları pul ödəyir. Nərmin xanım D.Koçeriqindən malın buraxılmama səbəbini soruşanda, “rəisin tapşırığı var ki, mən o malı buraxmayım” – deyə cavab verib.

Lakin sahibkar iddia edir ki, onun malı qanunsuz saxlanılır, sırf Koçeriqinin şəxsi ədavətinə görə malın buraxılması yubadılır. Rəisin adından istifadə edərək sahibkarı incidir, qanunsuzluğa yol verir. Bir sözlə, Dmitriy Koçeriqin sadə bir şöbə müdiri olsa da, Komitədə dövlət içində dövlət yaradıb.

Sahibkar ümid edir ki, yəqin ki, onun haqq səsini aidiyyəti qurumun rəhbərliyi eşidəcək və lazımi tədbirlər görəcək.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı.

Paylaş
Xəbər lentİ