"Dünəndən nə zamansa tualetdə gizli çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş videomun yayılımını ertələmək üçün bəzi ünvanlardan təhdid sifarişləri alıram".
Arasdırma.info xəbər verir ki, bu sözləri Prezidentin sabiq köməkçisi Əli Həsənov özünün tvitter səhifəsində yazıb. O bildirib ki, bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər verib: “Bu bir şəbəkə mafiyasının işidir, cəzalanacaqlar”.
Ə. Həsənov Yeniavaz.com-a açıqlamasında hazırda hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığını və təhqiqat aparıldığını bildirib.//yeniavaz
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70