"Əhəd Abıyev kimi "moşennik" icra başçıları Azərbaycana baş qaxıncıdır..."

Oxunma sayı: 249
17-09-2021, 03:01

"Əhəd Abıyev kimi "moşennik" icra başçıları Azərbaycana baş qaxıncıdır..."
Bir müddət öncə Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev icra başçılarını kəskin tənqid edərək, icra hakimiyyətlərinin ləğv edilməsi təklifini irəli sürmüşdü. Eyni zamanda icra başçısı Əhəd Abıyevin şəhid anasını döyməsidən hiddətləndiyini ifadə etmişdi. Bunun ardınca Əhəd Abıyev sakinlər arasında çıxışı zamanı MMP sədri haqqında xoşagəlməz ifadələr işlədib.

Məsələylə bağlı danışan Hafiz Hacıyev bildirib ki, Əhəd Abıyev Azərbaycanda ən böyük maşennikin biridir.

“Hələ Parlament seçkiləri vaxtı Əhəd Abıyev mənə demişdi ki, Zeynal Nağdalıyev mənə qəti göstəriş verib ki, səni seçilməyə qoymayaq. Maşennikdi Abıyev. Bir dəfə də Gəncədə bir kafedə çörək yeyərkən cənab Prezidentin ünvanına xoşagəlməz sözlər danışıb, deyib ki, Mehriban Əliyeva, İlham Əliyev düzgün eləmir, məni göndəriblər Daşkəsənə, mən pul vermirəm deyə, məni qoymurlar aşağı rayonlara, qəbullarına getdim məni qəbul eləmədilər və sair. Ona görə də, deyirəm ki, ən böyük maşennikdi. O, yaylaqları satıb pul eliyib. Onun Bakıda dənizin kənarında olan villasının dəyəri milyonlarladır. O cümlədən, Masallıda tikdirdiyi obyektin, villasının milyonlarla dəyəri var. Əhəd Abıyev hər işində Bəylər müəllimin adını çəkir, onun adından sui-istifadə edir. Bəylər müəllim çox hörmətli insandır və heç vaxt Əhəd Abıyev kimilərini müdafiə etməz. Əhəd Abıyev kimi icra başçıları Azərbaycana başqaxıncıdır. Dövlətin nüfuzunu bu gün aşağı salanlar icra başçılarıdır. Əhəd Abıyev kimi adam icra başçısı olandan sonra görün işin harasıdır. Şəhid ailəsini, şəhid anasını təhqir edib döymək dövlətə, dövlət başçısının apardığı siyasi xəttə ziddir. İndi də camaatı yığıb təlxək çıxışlar edir, mənim əleyhimə danışır, sonra deyir ki, guya ki, Əli İnsanovu döyübdür və sair. Yalan deyir, heç Əli İnsanovun yanından da keçə bilməz. Mənim haqqımda pis danışmağı ilə deyil ki, hamı bilir Hafiz Hacıyev dövlətinƏ dövlətinin başçısına necə sadiq adamdır. Əhəd Abıyev isə avara, ağzının danışığını bilməyən, ən böyük rüşvətxorun biridir. Mənə elə gəlir ki, cənab Prezident onun barəsində ciddi şəkildə düşünməlidir. Bu cür insanlarla uzağa getmək olmaz. İndi vaxtilə xahiş edib gətiriblər icra başçısı qoyublar, o demək deyil ki, illərdir dağıtsın, talan eləsin. Masallıda nə oyunlardan çıxdı, burda nə oyundan çıxdı. Gedib orda-burda dalımca danışmaqdansa, kişidirsə gəlsin üzbə-üz danışaq. Düzgün adam deyil, bu yaşında da üzdəniraqlıqla məşğuldur. Hər halda yaxın zamanlarda onun məsələsinə baxılacaq, çox ciddi şəkildə cəzalandırılacaq. Əhəd Abıyev bilməlidir ki, Hafiz Hacıyev onun dediyi adamlardan deyil”.

Ə.Abıyevin niyə məhz H.Hacıyevi hədəfə almasına gəlincə, MMP sədri bildirdi ki, səbəb dövlət başçısını hər zaman müdafiə etməsidir:

“Dövlətçiliyi, dövlət başçısını müdafiə edənlər, Əhəd Abıyev kimilərinin nöqsanlarını deyən adamlar bunlar üçün düşməndir. Hamı çox gözəl bilir ki, Hafiz Hacıyev hər zaman prezidentini müdafiə edir, dövlətçiliyi müdafiə edir. Əhəd Abıyev isə Alim Paşa kimi çox tezliklə həbsə düşəcək, onu orda özünə yaraşan həyat gözləyir”.

H.Hacıyev vurğulayıb ki, yaxın zamanlarda onlayn TV-lərdə bu məsələ ilə bağlı çıxışlarında bir çox ciddi nüansları diqqətə çatdıracaq:

“Mən yenə o fikrimdə qalıram ki, icra hakimiyyətləri Azərbaycan dövlətçiliyinə xələl gətirən qurumdur, onun başçıları Prezidentə utanc gətirən insanlardır. Azərbaycanda sağlam mühit yaradılmalıdır. Xalqı dövlətdən narazı salanlar icra başçılarıdır. Onun da başında Əhəd Abıyev kimiləri durur, Tərtərin icra başçısı durur, şəhid ailələrini söyüb təhqir edənlər durur. Prezident öz çıxışlarında dəfələrlə deyib ki, şəhid ailələrinə, qazilərə hörmət etmək, qayğılarıyla maraqlanmaq lazımdır. Bunlar isə Prezidentin dediklərinin tam əksini edirlər. Ona görə də Əhəd Abıyev kimilərinə qarşı həmişə mübarizə aparmışıq və aparacağıq. Əhəd Abıyevin Gəncədə kafedə Prezidentin əleyhinə danışdıqlarının səs yazısını da yaxın zamanlarda ortaya qoyacam. Əhəd Abıyev bir az ağıllı olsun, onun o pafosla danışmağı özünkülərə aiddir. Daş qayaya rast gəlib, yaxın günlərdə yola salacağıq”. (versus.az)

Paylaş
Xəbər lentİ