“Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - Fotofakt

Oxunma sayı: 565
31-08-2019, 22:18

“Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - Fotofakt
Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur

Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır.

Arasdırma.info Pia.aza istinadən xəbər verir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova Cebhe.info-ya müraciət edərək 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçi olduğunu bildirib. Gülsüm Şükürovanın sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir:

“Yoxlamalardan sonra əməliyyat qərarı verildi. Əməliyyat üçün 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevə müaricət etdik. Cərrah ilkin yoxlamaların, USM-nin nəticələrini bəyənməyərək yenidən yoxlamalar, analizlər apardı.

Nəticədə cərrah əməliyyata qərar verdi və bizə bildirdi ki, böyrək çıxarılmayacaq, “stend” qoyulacaq. Bunun gələcəkdə hansı problemləri yaradacağını soruşduq. Allahverdi Musayev bizə dedi ki, 30 yaşına qədər heç bir problem olmayacaq. 2018-ci ilin 9 martında əməliyyat oldu, amma bir neçə aydan sonra problemlər ortaya çıxdı.

Yenidən başqa həkimə müraciət etdik. Yoxlama nəticəsində məlum oldu ki, Allahverdi Musayev əməliyyat adı altında uşağı ancaq sünnət edib. Böyrəklə bağlı heç bir iş görülməyib. Ancaq əməliyyat izi qoyub. USM yoxlamalarından məlum oldu ki, Allahverdi Musayev “stend” qoymayıb. Baxmayaraq ki, əməliyyat buna görə olub və məhz “stend”ə görə biz vəsait ödəmişik.

Ümumilikdə isə Allahverdi Musayevə 1900 manat pul vermişik. Şəxsən öz əlimlə bu pulu həkimin özümə vermişəm. 1900 manatdan 850 manatı “stendə”, 50 manatı isə sünnətə görə ödənilib. 1000 manat isə həkimə əməliyyat pulu kimi verilib. Bundan əlavə isə analizlərə və digər prosedurlara görə xərcimiz çıxıb”.


Şikayətçi 4 yaşlı Cavidanın artıq ikinci əməliyyat keçirdiyini deyib:

“Artıq ikinci əməliyyat da baş tutub. İkinci əməliyyatı isə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının cərrahı Eldar Hüseynov edib. Əməliyyat bu ayının 23-də olub. Yoxlamalardan sonra Cavidanın böyrəyinin artıq inkişafdan qaldığını və çıxarılmasının məcbur olduğunu dedilər.

Nəticədə Cavidanın bir böyrəyi çıxarıldı. Allahverdi Musayevin səhvimi, səhlənkarlığımı ucbatından 4 yaşlı balamız iki dəfə bıçaq altına düşdü”.

Şikayətçi Gülsüm Şükürova Allahverdi Musayevdən onlara dəymiş zərərin ödənilməsini istəyir: “Allahverdi Musayev bizə maddi və daha çox mənəvi zərər vurub. İkinci əməliyyatın stressini, xərcini də nəzərə alsaq, bizə dəymiş zərərin nə qədər böyük olduğunu görmək çətin deyil. Tələb edirik ki, Allahverdi Musayev bizə vurduğu zərəri ödəsin”.

Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevlə əlaqə saxladıq. A.Musayev əvvəlcə belə bir xəstəsinin olmadığını, məlumatın yanlış verildiyini deyib. Bizə təqdim olunan sənədlərdə imzası olduğunu deyəndən sonra isə telefonu məşğula qoyaraq sualları cavablandırmaqdan yayınıb.

“Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - Fotofakt“Semaşko”da həkim uşağı 1900 manata sünnət edib - Fotofakt

Paylaş
Xəbər lentİ