Bu gündən icrasına başlanılır – Nazirin əmri səhiyyəmizdə nələri dəyişəcək?

Oxunma sayı: 538
3-11-2019, 05:41

Bu gündən icrasına başlanılır – Nazirin əmri səhiyyəmizdə nələri dəyişəcək?
Bu gündən etibarən Səhiyyə naziri Oqtay Şirəliyevin “İlkin səhiyyə xidmətində klinik protokolların tətbiqi barədə” əmrinin icrasına başlanılır. Artıq Azərbaycanın səhiyyə sistemi fin klinik protokollarının tətbiqinə başlayır.

Mövzu ilə əlaqədar professor Adil Qeybulla mətbuata açıqlamasında bildirib ki, bu çoxdan qəbul olunması vacib olan qərarlardan biri idi:

“Klinik protokollar həkimin özfəaliyyətinin qarşısını almaq üçün bir alqoritmdir. Bütün dünyada xəstələrə yanaşmalar, müalicə və müayinə sistemi oxşar olmalıdır. Bunlar üçün də klinik protokollar yol xəritəsidir. Ona görə də bunun tətbiqi çoxdan lazım idi. Məsələn, biz ana və uşaq ölümlərindən danışırıq. Bunun və ya hər hansı bir tibbi hadisənin – ölüm, ağırlaşma və. s hüquqi müstəvidə araşdırılmasından söhbət gedəndə məhz bu klinik protokollar köməyə gəlir. Ümumiyyətlə, bütün bu proseduraların düzgün aparılması, həmin klinik protoklara riayət olunub-olunmaması nəzərdən keçirilir. Bunlar artıq dünyada qəbul olunmuş, sınaqdan keçmiş, özünü təsdiq etmiş müxtəlif alqoritmlərdir. Ola bilər ki, bir müddətdən sonra bu protokollara müəyyən dəyişikliklər olsun. Yeni müayinə mütodları ortaya çıxa bilər, bəzi diaqnostik kriteriyalar ortaya çıxa bilər. O baxımdan mən hesab edirəm ki, biz öz fəaliyyətimizdə buna ciddi əməl etməliyik. Çünki sovet səhiyyəsi dağıldı, yenisi isə yaranmadı. Amma biz səhiyyəni öz fəaliyyət mexanizm sahəsinə çevirə bilmərik. Biz dünyanın getdiyi yol ilə getməliyik. Xüsusilə əgər icbari tibbi sığorta tətbiq olunacaqsa, mütləq bu protokollardan istifadə vacibdir”.(yenisabah.az)

Paylaş
Xəbər lentİ