Tibb Universitetinin Terapevtik klinikasında təcrübəsiz həkimin əməlləri ifşa oldu

Oxunma sayı: 465
20-12-2019, 23:28

Tibb Universitetinin Terapevtik klinikasında təcrübəsiz həkimin əməlləri ifşa oldu
Tibb sahəsi cəmiyyət üçün ən vacib olan peşələrdən biridir. Sağlam cəmiyyətin inkişafinda tibbin böyük rolu vardır. Məlumdur ki,tibbin inkişafı, elmi dərəcənin yüksəkliyi ilə zirvələrə ucalır. Təhsilin yüksək tədris olunduğu hər bir dövlətdə tibb sahəsinin böyük sürətlə inkişaf etdiyinin şahidiyik.
Əlbətdə ki,inkişaf etmiş dövlətlərə baxdıqda ölkəmizin səhiyyə və təhsili sağalmaz xəstəliyə düçar olmuş vicuda bənzəyir. İllərdir ki,bu iki ayrılmaz sahələrdə böyük problemlərin yaşanmasını müşahidə edirik. Hələ o zamanlar ulu öndər Heydər Əliyev rüşvətin xəstəlik olduğunu müsahibələrinin birində qeyd etmişdir. Bu gün isə Səhiyyə sahəsində bu xəstəliyə düçar olanların sayı günü-gündən artır.
Bir neçə gün öncə “DogruXeber.az” informasiya agentliyində Tibb unversitetinin Terapevtik klinikası haqqında qısa mətinli məlumat dərc olunmuşdu. Təbii ki,klinikanın daxilində cərəyan edən qanusuzluqları saymaqla bitib tükənmir. Odur ki,diqqətinizə çatdıracağımız bu günkü mövzu, Tibb Terapevtik klinikasının Uşaq Kardiologiya şöbəsinin müdürü Elnur İmanovun yarıtmaz işi və karrupsiya əməli ilə bağlıdır.
Klinikanın Uşaq Kardioloqu Elnur İmanovun yarıtmaz və səriştəsiz əməliyyatlarından əziyyət çəkən bir neçə valideyinlər və klinikanın tibb işçisi Nərgiz Xəlilova tərəfindən redaksiyamıza çox saylı şikayət xarakterli müraciətlərlə bir neçə audio və video faktlar daxil olmuşdur. Dəyərli izləyicilərimiz yadınızdadırsa ötən buraxlışımızda, E.İmanovun səriştəsiz əməliyyatından bir neçə müddət sonra ölümcül hala düşən Umarov Yasin adlı uşaq haqda qısa bəhs etmişdik.
Bu gün isə həmin üşağın anasının audio səs yazısı və təcrübəsiz həkim E.İmanovun əməliyyat zamanı uşağın ürəyinə qoyduğu cihazın foto rəsmini sizlərə təqdim edəcəyik. Ən dəhşətlisi burdadır ki,əməliyyat üçün 5100 manat alan E.İmanov əməliyyatdan çıxdıqdan sonra utanmadan əməliyyatın uğursuz olduğunu, bütün ümüdlərini həkimə bağlayan anaya söyləyir. Halbu ki,ananın bildirdiyinə görə əməliyyatdan qabaq əməliyyat xərclərinin davasın edən E.İmanov öncədən pulu alıb 1500 manatı kassaya köçürür qalanın isə şəxsi hesabına ayırır. Hətta iddialara görə verilən qəbizlər qeyri qanuni qəbizlərdir. Yəqin ki,foto rəsimdəki qəbizlərə baxanda aidiatı qrumlar müəyyən edə biləcəklər ki,qanunidir yoxsa qanunsuz.
Bu məsələnin bir tərəfi digər məlumatlar isə insanı şok edir. Müraciətlərdə bildirilir ki,hər zaman insanların qayğısında düran onlara köməklik edən Heydər Əliyev fondu,bu dəfə klinika tərəfindən aldanılır. Belə ki,fond tərəfindən göndərilən xəstədən “məhşur”doktor E.İmanov pul almaqdan çəkinmir. Daxil olmuş məlumatlarda bildirilir ki,Topçubaşov adına xəstəxanada E.İmanov Fond xəstəsindən əməliyyat üçün 2000 manat pul almışdır. Deyilənlərə görə üzərindən bir müddət keçdikdən sonra həmin uşağın səhhəti pisləşib və valideyinlər klinikaya gəlib E.İmanovdan əməliyyat üçün verdikləri pulları geri qaytarmasını tələb ediblər. Amma təcrübəsiz həkim canını qurtarmaq üçün polisə muraciət etməkdən çəkinməyib.
Beləliklə valideyinləri polis müdaxiləsi ilə klinikadan uzaqlaşdırıblar. Dəyərli oxucular xatirinizdədirsə otənki yazımızda qeyd etmişdik ki,Umarov Yasinin əməliyyatını bitirdikdən sonra təcrübəsizliyini görən E.İmanov əməliyyat bitən kimi dərhal asisentini göndərib ki,əməliyyatın videodiskini ona gətirsin. Asisent həqiqətləri əks etdirən videodiski təqdim edən kimi E.İmanov diski sındıraraq yararsız hala salır. Tapşırır ki,digər keçirdiyi eyni tipli əməliyyatın görüntülərini qeydə alıb diski gətirsin. Bu tapşırığı yerinə yetirən tibb bacısı Aygül Məmmədova olmuşdur. Yaxşı demiş atalar “cəhənnəmə gedən özünə yoldaş axtarar”
Bu hələ harasıdır,klinikada baş verən maliyyə fırıldaqlarını yazmaqla bitməz. Bu cür məsələlərə aydınlıq gətirilməsi üçün Tibb Terapevtik klinikanın direktoru Samir Allahverdiyevlə telefon əlaqəsi saxladıq. Drektor S.Allahverdiyev sualllarımıza üzbə-üz cavablandıracağını bildirdi. Biz də, bu cür təkitlərdən sonra məcbur olub klinikaya getdik. Özünü hərbiçi adlandıran Drektor S.Allahverdiyev suallarımızdan hiddətlənib E.İmanovu da otağa çağırdı. Təbii ki,10-a yaxın suallarımızdan birinin ətrafında dövr edib durduq. Verilən suala E.İmanov cavab verərkən həyacan keçirirdi. Bunu görən Direktor S.Allahverdiyev Sanki,körpə uşağa qorxma-qorxma deyən valideyin rolunda E.İmanova təsəlli verib sakitləşdirirdi. Bundan əlavə məlumatlarda bildirilir ki,qeydiyat şöbəsində uzun müddət çalışan işçilərin əksəriyyəti ştatdan kənar fəaliyyət göstərirmiş. Bu deyilən qeyri qanuni əmələ labaratoriya şöbəsinidə əlavə etmək olar. Çünki 20-dən artıq işçinin 6-7-si qeyri rəsmi fəaliyyət göstərdikləri bildirilir.
Klinikanın direktoru S.Allahverdiyev danışanda elə danışır ki,kənardan onu dinləyən zənn edər ki,onu bu vəzifəyə zorla qoyublar. Danışıq əsnasında özünün şəxsi klinikasının olduğunu deyən drektor,özünə arxayın tərzdə baş verən qanunsuzluqlara soyuq münasibət göstərdi. Müraciətçi N.Xəlilovanın dediklərinə əsaslansaq drektor S.Allahverdiyev bakıya gətirilən təcili tibbi yardım maşınlarının dövriyyəsində şəxsi payının olduğu xüsusi qeyd olunur. Görünür ki,əvvəllər hərbiçi olmuş S.Allahverdiyev rəhbəri olduğu dövlət müəssəsini şəxsi klinikası olduğunu zənn edir. Əgər belə olmasaydı klinikada həkimə xüsusi diqqət, tibb bacılarına isə ögey münasibət nümaiş etdirməzdi.
Dəyərli oxucular sonda qiqqətinizə çatdıraq ki,xəstə Umarov Yasinin anası sərişdəsiz həkim Elnur İmanovdan 5100 manatı geri almağı bacarır. Bu onu deməyə əsas verir ki,həkim öz bacarıqsızlığını və təcrübəsizliyi ilə barışmalı olub. Azərbaycan Səhiyyəsində E.İmanov kimi təcrübəsiz həkimlərin sayı inkişaf etmiş dövlətlərin baytarlıq idarəsində çalışan həkimlərin sayı qədərdir.
Qeyd etdiklərimizi təhqir hesab etməyin çünki E.İmanov kimi təcrübəsiz həkimlər dərk etmirlər ki,Allahdan sonra ikinci bir varlıq olaraq son ümüdlərini onlara bağlayan valideyinlər hansı hissləri keçirirlər. Onlar unutmamalıdırlar ki,əməliyyat etdikləri başqa varlıq deyil,insan həyatıdır. Yuxarıda qeyd etdiyimiz ulu öndər H.Əliyevin dediyi kəlam, bir daha yerinə düşür. Rüşvət bir xəstəlikdir bu xəstəliyə bulaşanların zərərini günahsız insanlar çəkməli olurlar.
Bu hələ son deyil E.İmanovun tibb işçisinə qarşı əxlaqsız davranışı və digər maliyyə fırıldaqları barədə növbəti buraxlışlarımızda diqqətinizə çatdıracağıq.(DoğruXəbər.az)

Paylaş
Xəbər lentİ