Azərbaycanda 163 aktiv koronavirus xəstəsindən 23-nün vəziyyəti ağırdı

Oxunma sayı: 179
28-03-2020, 19:32

Azərbaycanda 163 aktiv koronavirus xəstəsindən 23-nün vəziyyəti ağırdı
Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda deyilir. Məlumata görə, həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

Paylaş
Xəbər lentİ