61 min avroluq Ekmo aparatı Azərbaycana 1 milyon dollara başa gəlib.Korrupsiya

Oxunma sayı: 1 099
28-08-2020, 20:47

61 min avroluq Ekmo  aparatı Azərbaycana 1 milyon dollara başa gəlib.Korrupsiya
Türkiyə iş adamlarının Azərbaycana 61 min avroya təklif etdiyi aparatlar Azərbaycan səhiyyəsinə 1 milyon dollara başa gəlib.
Arasdırma.info xəbər verir ki,bu barədə tanınmış həkim Ədalət Rüstəm iqtisadçı, professor Qubad İbadoğlunun aparadığı canlı yayımda deyib.Onun sözlərinə görə Ekmo aparatını müxtəlif klinikalara və səhiyyəmizə təklif etsə də,aparatı alan olmayıb.Çünki,əvvəlki aparatları 1 milyona alıblar.Bu qədər fərq fantastik yeyinti(korrupsiya)sayılır.
Həkim, səhiyyə sistemindəki narazılıqlardan və korrupsiyadan danışarkəm,Nazirlər Kabineti tərəfindən onlar üçün nəzərdə tutulmuş əmək haqqının beş mislinin də ,verilmədiyini və məsələnin araşdırılması lazım olduğunu vurğuladı.
Xatırladırıq ki,tanınmış həkim Rüstəm Ədalət Məhəmmədəli oğlu Azərbaycan Tibb Universitetinin müəllimi,tibb üzrə fəlsəfə doktoru,dosentdir.Qalmaqallı fikirləri ilə daima canlı debatlarda iştirak edərək səhiyyə sisteminin nöqsanlarını gündəmə gətirir.
61 min avroluq Ekmo  aparatı Azərbaycana 1 milyon dollara başa gəlib.Korrupsiya

Paylaş
Xəbər lentİ