Hamilə olduğunu DOĞUŞ GÜNÜ bildi - Körpənin vəziyyəti... - FOTO

Oxunma sayı: 767
4-09-2020, 23:46

Hamilə olduğunu DOĞUŞ GÜNÜ bildi - Körpənin vəziyyəti... - FOTO
28 yaşlı Böyük Britaniya sakini Taşa Devis övladını dünyaya gətirdiyi günə qədər hamilə olduğunu bilməyib.

Hadisə barədə “Daily Mirror” xəbər yayıb.

Gənc ana bildirib ki, özündə hamiləlik əlamətlərini hiss etməyib, çəkisinin artmasını isə karantinlə əlaqədar evdə oturmağı ilə əlaqələndirib.

Doğuş başlamazdan bir saat əvvəl T.Devis şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yollanıb. Həkimlər ona hamilə olub-olmadığını soruşanda isə qadının cavabı mənfi olub. Yalnız ultrasəs müayinəsindən sonra 28 yaşlı qadının uşaq dünyaya gətirəcəyi məlum olub.

Xəstəxanadan bildirilib ki, 4,28 kiloqram çəkisi olan körpə özünü yaxşı hiss edir və tam sağlamdır. (Cahantv.az)
Hamilə olduğunu DOĞUŞ GÜNÜ bildi - Körpənin vəziyyəti... - FOTO

Paylaş
Xəbər lentİ