Xətai rayonu 7 saylı poliklinika ilə bağlı şikayətlər var.

Oxunma sayı: 2 924
16-09-2020, 15:41

 Xətai rayonu 7 saylı poliklinika ilə bağlı şikayətlər var.
Şəhər poliklinikaları sırasında fərqlənən Xətai rayonu 7 saylı Poliklinikada xeyli qanun pozuntuları hökm sürür.Şikayətçilər illərlə bu müəssisədən narazılıq edir.Lakin müəssisənin rəhbəri Şəlalə Səfərova heç kimi saymır və buranı öz köhnə qanunları ilə idarə edir.Bu barədə müxtəlif mətbuat orqanlarında məlumatlar dərc olunub.Pandemiya dövrünə baxmayaraq arayışlar və bülletenlər yenə də pulla satılır.Hazırda MüəssisəninSəhiyyə Nazirliyindən TƏBİB-ə keçməsi ,baş verən bazarı bir az da artırıb.Jurnalist araşdırmalarının qarşısını almaq üçün Şəlalə Səfərova yaxşı metod tətbiq edib."TƏBİB-dən icazə alın.Müəssisəyə girmək qadağandır.
Təbii ki,belə şərait hər bir müəssisədə korrupsiya və qanunsuzluqlara şərait yaradır.Digər şikayətlər barədə Teref.infoya istinadənməlumat veririk ki, Poliknikiların daha çox “xəstəlik bülleteni” , arayışlar verməsi ilə məşğul olmaları sirr deyil. Bu arayışların içində əlilliyin müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN ) Tibbi Sosial Ekspert Komissiyasına ( TSEK ) göndərilən “forma 88” arayışı önəmli yer tutur və poliklinikaların başlıca qazanc qaynağı rolunu oynayır. Təsəvvür edin, “əl boyda kağız” üçün pasiyentlər hətta 5 min manata yaxın vəsait ödəyirlər! Bəziləri verdikləri pulu əlilliyə görə pensiya məbləği və digər güzəştlərlə kompensasiya etdiklərindən, saxta yolla əlillik əldə edilməsi praktikası geniş yayılıb. Bu isə həm büdcəyə ziyan vurur, həm də gerçək xəstələrin reabilitasiyasına. Poliklinikalar qanunsuz pul əldə etməkdən elə şirnikləşiblər ki, hətta hər iki ayağı kəsilən xəstənin “forma 88”-ini qəsdən düz tərtib etmirlər . ƏƏSMN TSEK-i də “ elektron yoxlama “ ilə iki ayağı olmayan şəxsə əlillik dərəcəsinin düşmədiyini qərara alır! (?) Səbəb də budur ki, poliklinika arayışı düzgün tərtib etməyib! Poliklinikaların pullu “əlillik xidməti”ndən “yuxarı” səhiyyə müəssisələri də yayarlandığından, gerçək xəstələrin sağlamlığı da təhlükədə qalır, eyni zamanda əlillik dərəcəsi də ala bilmirlər. Sadəcə, poliklinikalar TSEK-ə forma 88 göndərməkdən imtina edir! ?

Xətai rayonundakı 7 saylı poliklinikanın pullu “xidmət”i mətbuat səhifələrində vaxtaşırı işıqlandırılıb. Özəlliklə poliklinikaya Şəlalə Səfərova baş həkim təyin olunandan narazılıqlar səngimək bilmir. Təsəvvür edin, bu baş həkim 30 ildir poliklinikada qeydiyyatda olan şəkərli diabet xəstəsini uçota almaqdan imtina edib ki, doğulduğu yerdə uçota durmalıdır. Səhiyyə Nazirliyindən isə belə xəstələrin qeydiyyatda olduğu yer üzrə uçota götürülüb müvafiq dərmanlarla pulsuz təmin olunmalarını bildirib. Ümumiyyətlə, şəkər xəstələrinə qarşı ayrı-seçkilik hökm sürür. Kimi bu xəstəliyə görə “əlil” adı alır, kimi heç adi uçota da dura bilmir. Xətai rayonu, Neapol küçəsi, ev 21, mənzil 37 ünvanında qeydiyyatda olan Zahid Bədəlova qarşı 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova “ittihamçı” kimi çıxış edir. 10 ildən çoxdur şəkərli diabet və ürək çatmazlığından əziyyət çəkən, sinəsində dörd stend gəzdirən Qarabağ əlilinin oğluna son bir ildə elə “tibbi xidmət” göstərilib ki, xəstə həyatını itirmək təhlükəsi ilə üzləşib. Belə ki, tibbi xidmətdən imtina edildiyindən, xəstə bu ilin sentyabrın ayının sonlarında doğulduğu rayonun xəstəxanasında müalicəyə gedib. Xəstənin vəziyyətinin ağırlığını görən rayon xəstəxanası anında onu təcili yardım maşını ilə Bakıya “Ağ ciyər xəstəlikləri İnstitutu”na çatdırıblar. 45 gün sözügedən tibb ocağında müalicə olunan xəstəyə 7 saylı poliklinikanın tibbi personalı bir dəfə də olsun baş çəkməyib, dəfələrlə müraciət edilməsinə baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsi üçün ƏƏSMN-ə “forma 88” göndərilməyib. Nazirlər Kabinetindən, Səhiyyə Nazirliyindən 7 saylı poliklinikaya göndərilən ,verilən göstərişlərə, tapşırıqlara isə əməl edilmir. Baş həkim Şəlalə Səfərova istənilən dövlət məmuruna, hüquq mühafizə orqanına şikayətin faydasız olacağını bildirib. Bu baş həkimin özbaşınalığı o həddə çatıb ki, xəstəni intihara təhrik edir, 2-ci tip şəkərli diabet, 2-ci dərəcəli ürək çatmazlığı, tənəffüs çatmazlığı , vərəmə əlillik dərəcəsinin düşmədiyini bildirir. Birincisi, əlilliyi, vurğuladığımız kimi, ƏƏSMN-in Tibbi Sosial Ekspert Komissiyası müəyyən edir və ikincisi, NK -nın “Əlilliyin müəyyən edilməsi meyarları haqqında əsasnaməsi”ndə bu xəstəliklərin ən azı 2-ci qrup əlillik dərəcəsi təyin edilməsinə əsas olması təsbit olunub.

Görəsən, 7 saylı poliklinikanın baş həkiminin “özəl əlillik meyarları”na, xəstələri intihara çatdırmasına son qoyan olacaqmı? Ümidlər yeni 2019 -cu ilə qalır.(teref.az)

Paylaş
Xəbər lentİ