Kişilər niyə tez-tez maska taxmaqdan imtina edir ?

Oxunma sayı: 399
23-09-2020, 23:58

Kişilər niyə tez-tez maska taxmaqdan imtina edir ?
İnsan davranışlarını tədqiq edən alimlər belə nəticənin olduqca haqlı olduğuna inanırlar

Dünyanın hər yerində ictimai yerlərdə maska taxmaq lazımdır. ÜST onu qapalı məkanlarda və insanların gur olduğu yerlərdə istifadə etməyi israrla tövsiyə edir. Eyni zamanda, kişilər qadınlara nisbətən bu qaydanı daha çox qulaqardına vururlar. Alimlər bunun səbəbini izah ediblər.

Berkli (Kaliforniya) və Middlesex (London) universitetlərinin tədqiqatçıları sorğu keçiriblər. Rəyi soruşulanların digər insanlarla ünsiyyət zamanı və ictimai yerlərdə olduqda tez-tez maska taxıb-taxmadıqlarını öyrəniblər.

Araşdırmanın açıqlanmış nəticələrinə görə, qadınların bu suallara müsbət cavab vermə nisbəti daha yüksək olub. Digər tərəfdən kişilər, ayıb hesab etdikləri üçün şəxsi qoruyucu vasitələr taxmadıqlarını söyləyiblər. Əsasən, bu məhəl qoymama, maskaların məcburi tələb olunmadığı ölkələrin sakinləri tərəfindən nümayiş etdirilib.

İnsan davranışlarını tədqiq edən alimlər belə nəticənin olduqca haqlı olduğuna inanırlar. Kişilər ümumiyyətlə həyat və sağlamlıq üçün təhdidlərə daha qayğısız yanaşırlar.//ens.az

Paylaş
Xəbər lentİ