Azərbaycanda koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər sağalıb

Oxunma sayı: 384
11-11-2020, 03:26

Azərbaycanda koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 67 min 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 50 min 9 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib. Aktiv xəstə sayı 16516 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 457 min 177 test aparılıb. Bugünkü test sayı isə 9592-dir.

Paylaş
Xəbər lentİ