Bəzi xəstəxanalara xəstələr rüşvət hesabına yerləşdirilir – Qubad İbadoğlu

Oxunma sayı: 393
4-12-2020, 20:53

Bəzi xəstəxanalara xəstələr rüşvət hesabına yerləşdirilir – Qubad İbadoğlu
“Koronavirus Azərbaycanda var gücü ilə fəaliyyətdədir, hər gün yeni anti-rekordlar vurur. Artıq son zamanlar 4000-dən çox yoluxma halı qeydə alınır, ölənlərin sayı 1 faizin üzərindədir, hər gün ən azı 40 vətəndaşımız dünyasını dəyişir. Evdə və xəstəxanalarda 52 649 aktiv xəstə müalicə alır. Bu Azərbaycanın səhiyyə infrastrukturu üçün görünməmiş yükdür. Son zamanlar fəaliyyətə başlayan “Yeni Klinika”da, “Atletlər evi”ndə, FHN-nin modul və digər modul xəstəxanalarda xəstələrə yüksək səviyyədə, ödənişsiz və təmannasız xidmət göstərilir.

Arasdırma.info xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

“Bütün bunları alqışlayıram, lakin, daxil olan məlumatlara görə, bəzi xəstəxanalara xəstə yerləşdirmək rüşvət hesabına mümkündür. Bu işdə təcili və təxirəsalınmaz yardım həkimlərinin müəyyən məbləğdə ödənişin müqabilində vasitəçiliyi barədə də xəbərlər alıram. Bununla həkimlərin ağır və riskli əməyinin üzərinə kölgə salmaq istəmirəm. Onlar gözəgörünməz virusla mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirirlər, yoluxurlar, həyatlarını qurban verirlər. Hesab edirəm ki, onların əməyi layiqli qiymətləndirilməli, vəfat edən həkimlərin ailəsinə ən azı 10 min manat məbləğində birdəfəlik yardım edilməlidir”.//nokomment.az

Paylaş
Xəbər lentİ