Orqan donorluğu və transplantasiyası ilə bağlı qanun təsdiqlənib

Oxunma sayı: 334
8-12-2020, 23:33

Orqan donorluğu və transplantasiyası ilə bağlı qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib.

Arasdırma.info xəbər verir ki, Azərbaycanda meyit donordan transplantasiya məqsədilə götürülə biləcək orqanlar müəyyənləşib.

Qanuna əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Paylaş
Xəbər lentİ