Azərbaycanda vaksindən imtina edəcək şəxslər inandırılacaq.

Oxunma sayı: 324
22-12-2020, 21:32

Azərbaycanda vaksindən imtina edəcək şəxslər inandırılacaq.
Azərbaycana gətiriləcək yeni növ koronavirus infeksiyasına qarşı vaksindən imtina edəcək şəxsləri yoluxma ehtimalının qalmasına inandıracağıq.

Arasdırma.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Real TV-yə müsahibəsində deyib.

TƏBİB sədri qeyd edib ki, ölkədə bu günə qədər aparılan vaksinasiya könüllü şəkildə olub:

“Çalışacağıq ki, bu vaksinasiya da çoxlu sayda insanı əhatə etsin. Bunun üçün də ən şəffaf məlumatları ictimaiyyətlə paylaşmaqla onları inandıracağıq. Onları ailə üzvlərinin sağlamlığının keşiyində durmalarının ən etibarlı yolunun məhz vaksinasiya edilməsindən keçdiyinə inandıracağıq”.

Paylaş
Xəbər lentİ