Almaniyada Pfizer peyvəndi olunan 10 nəfər öldü

Oxunma sayı: 314
16-01-2021, 22:28

Almaniyada Pfizer peyvəndi olunan 10 nəfər öldü

Almaniyada Pfizer və BioNTech tərəfindən hazırlanmış Kovid-19 peyvəndi olunan 10 nəfər öldü. Səbəbi araşdırılan ölümlərin orta yaşının 79 ilə 93 arasında olduğu ifadə edildi.
Arasdırma.info xarici mətbuata istinadən xəbər verir ki,Almaniyada Pfizer vaksini 842 min adama vurulub.
Almaniyada dekabr ayında başladılan peyvənd kampaniyası çərçivəsində Pfizer və BioNTech tərəfindən hazırlanan peyvənd, təxminən 842 min adama tətbiq edildi. Kampaniyadan ilk olaraq 80 yaşdan yuxarı insanlar və səhiyyə işçiləri faydalanırlar.
Bu günə qədər 51-i ağır olmaqla 325 nəfərdə də əks təsir müşahidə edildi. Keller-Stanislawski bu rəqəmlərin gözlənilən bir nəticə olduğunu bildirdi.
Xatırladırıq ki,bu vaksindən Belçikada 5,Norveçdə 23 nəfər həyatını itirib.Bundan başqa ABŞ-da daölümlər var.
Qərar vermək çətindir:"Vursaq da ölə bilərik,vurmasaq da..."

Paylaş
Xəbər lentİ