Depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlayıblar

Oxunma sayı: 666
22-04-2019, 20:16

Depressiyadan qurtulmağa və əhval-ruhiyyəni yaxşılaşdırmağa imkan verən qurğu hazırlayıblar
Yeni Cənubi Uels Universitetinin (UNSW) alim və mühəndisləri tərəfindən əhval-ruhiyyəni yaxşılaşdırmağa və depressiyadan qurtulmağa imkan verən cihaz hazırlanıb. Bu barədə yerli mətbuat xəbər yayıb.

“Bizim qurğumuz, hər şeydən əvvəl, depressiyada olan insanlara lazımdır. Qurğu depressiyada olan insan beynini onun normal vəziyyətinə geri qaytarır” – universitetin psixiatriya məktəbinin professoru Kolin Loo “ABC” televiziya kanalına deyib.

İstehsalçıların sözlərinə görə, yeni ixtira ilk növbədə ucqar regionların sakinləri üçün faydalı olacaq, çünki onlar psixi sağlamlığın pisləşməsinə görə heç də həmişə mütəxəssisə müraciət etmək imkanına malik olmurlar.

Artıq 34 nəfər yeni qurğunu sınaqdan keçirib və həmin şəxslər psixoloq və ya psixoterapevtlərin müşahidəsi altındadırlar.

Həkimlərin fikrincə, sınaqların nəticəsi ümidvericidir.(bBanker.az)

Paylaş
Xəbər lentİ