Operativ Qərargah məlumat yaydı: Çox sayda ÖLƏN VAR

Oxunma sayı: 321
11-04-2021, 14:56

Operativ Qərargah məlumat yaydı: Çox sayda ÖLƏN VAR
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 285 993 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.

Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.

Paylaş
Xəbər lentİ