Sığortadan aldananlar...

Oxunma sayı: 620
20-07-2019, 02:12

Sığortadan aldananlar...
Şəhərimizdə yerləşən Bakı Medikal Plazadan və sığorta şirkətindən şikayət var.
Arasdırma.info saytına vətəndaş şikayət edərək ondan 3000 manat pul tələb olunduğunu və bu pulun sığorta tərəfindən ödənilməli olduğunu deyir.
Vətəndaşın müraciətinə əsasən adı çəkilən klinikaya gedərək məsələyə aydınlıq gətirilməsini xahiş etdik.Klinikanın rəsmisi Xəyalə Həsənova Vətəndaşın fikirlərinin yanlış olduğunu dedi.Belə ki,xarici şirkətlərin birində çalışan , vətəndaş Mirisi Əzimov ,iyul ayının 6-da həyat yoldaşını,hamiləliyi ilə əlaqədar yoxlamağa aparıb.Həkim müayinədən sonra,qan analizlərini yoxlanmasını istəyib.Təbii ki,bu mütləqdir.Qan analizlərindən hər şeyin qaydasında olduğunu və hamiləliyin 7-ci ayında hamiləliyə davam demişdir.Lakin 3 gün sonra hamilə qadının vəziyyəti pisləşib.Təkrar həmin klinikaya gətirilib.Qeysəriyyə əməliyyatı edərək körpəni və ananı xilas ediblər.Digər tərəfdən isə vətəndaşda 3mindən artıq pul tələb olunub.Sığorta isə 1000 manatdan artıq pul ödəmək imkanı olmadığını deyib.Belə olan halda vətəndaş aldadılmış olur.Yəni,sığortaya ümidli olaraq, bahalı klinikaya gedib,hamiləlikdə problem yaranıb,əməliyyat,doğuş,müalicə və uşağın küveytdə qalması vətəndaşa 4-5 min manata başa gəlib.Elə həmin klinikada digər bir vətəndaş isə eynilə belə bir hadisənin baş verdiyini və sığortanın 1050 manatını ödədiyini,qalan 750 manatı isə özü cibindən ödədiyini dedi.Əslində dövlət xəstəxanalarında doğum və digər əməliyyatlar daha aşağı qiymətə edilir.Belə bir nəticəyə gəlmək olar ki,bu sığorta oyunu vətəndaları aldadır.Özəl klinikalar isə ciblərini doldurur.
Redaksiya olaraq hər iki tərəfi dinlədikdən sonra vətəndşlara məsləhət görərdik ki,sığortanıza uyğun hərəkət edəsiz.Əks halda külli miqdarda ziyana düşərsiz.

Paylaş
Xəbər lentİ