Elmar Məmmədyarov: «Azərbaycan prezidentinin Moskvaya səfəri gözlənilir»

Oxunma sayı: 622
8-03-2017, 13:24

Rusiya və Azərbaycan rəsmiləri bu il qarşılıqlı səfərlər edəcəklər.
Elmar Məmmədyarov: «Azərbaycan prezidentinin Moskvaya səfəri gözlənilir»
arasdirma.info-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfəri gözlənilir: "Rusiya baş naziri Dmitri Medvedevin Bakıya səfəri olacaq. Çox güman ki, bizim prezidentin də Moskvaya səfəri gözlənilir".

E. Məmmədyarov prezident İlham Əliyevin Moskvaya səfərinin təşkili məsələsinin rusiyalı həmkarı Sergey Lavrovla görüşündə müzakirə olunduğunu da söyləyib: "Lakin bu səfərin dəqiq tarixi məlum deyil. Biz Sergey Lavrovla iki prezidentin qrafiklərinə uyğun müddəti müzakirə etdik. Lakin səfərin tarixini əvvəlcədən sizə deyə bilmərəm".

Paylaş
Xəbər lentİ