Vilayət Eyvazov iki polis bölməsinə rəis təyin etdi

Oxunma sayı: 635
25-07-2019, 18:34

Vilayət Eyvazov iki polis bölməsinə rəis təyin etdi
Bakının iki polis bölməsinə yeni polis rəisləri təyin olunub.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovnik-leytenantı Elşən Tağıyev vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin yeni yaradılan 43-cü Polis Bölməsinin rəisi təyin edilib.

Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub. /Report/

Paylaş
Xəbər lentİ