Azərbaycanda bu xanım yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Oxunma sayı: 241
24-11-2021, 23:28

Azərbaycanda bu xanım yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Naftalan Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Arasdırma.info “Report”a istinadən xəbər verir ki, Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov özünə yeni müavin təyin edib.

Belə ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə Hüseynova Kəmalə İsfəndiyar qızı təyin olunub.

O, bundan öncə böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi çalışıb.

Qeyd edək ki, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində öncə Afət Cabbarova çalışıb. O, bir neçə ay öncə həmin vəzifədən azad olunub.
Azərbaycanda bu xanım yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Paylaş
Xəbər lentİ