İlham Əliyev 83 nəfərə vətəndaşlıq verdi

Oxunma sayı: 416
2-08-2019, 18:29

İlham Əliyev 83 nəfərə vətəndaşlıq verdi
6 iyul 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Arasdırma.info xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar gün münasibətilə onları təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Paylaş
Xəbər lentİ