Rəisi: Bakı ilə bu sazişin üstünlükləri...

Oxunma sayı: 248
6-12-2021, 20:39

Rəisi: Bakı ilə bu sazişin üstünlükləri...
Azərbaycan, İran və Türkmənistan arasında qaz sazişi İranı regional tranzit mərkəzinə çevirə bilər.

Arasdırma.info xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi yerli telekanallardan birinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İran qonşu dövlətlərlə tranzit və digər sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalayıb:

“Bu sənədlər çox vacibdir. Qonşu dövlətlərlə imzalanan sazişlər iqtisadi inkişafa kömək edə bilər”.

Rəisi əlavə edib ki, İran limanları qonşu ölkələrlə ticarət baxımından mühüm amildir.

Xatırladaq ki, noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz tədarükü ilə bağlı müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Azərbaycana İran vasitəsilə ildə 1,5-2 milyard kubmetrədək türkmən qazı tədarük ediləcək. Tədarük bu ilin dekabrın 22-dən başlayacaq. Üçtərəfli sazişə görə İranın beş vilayəti də qazla təmin ediləcək.//hurriyet.az

Paylaş
Xəbər lentİ