Amnistiya aktının tətbiq edildiyi qadınların sayı açıqlanıb

Oxunma sayı: 238
7-12-2021, 02:41

Amnistiya aktının tətbiq edildiyi qadınların sayı açıqlanıb
Bu günə qədər amnistiya aktlarının çoxu müxtəlif rejimli cəzaçəkmə müəssisələri və ya məntəqə tipli cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilib.

Arasdırma.info Cahantv.aza istinadən xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il noyabrın 5-də “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

Bir ay ərzində qeydə alınan məlumatlar barədə danışan E.Musayev onu da əlavə edib ki, bu günə qədər amnistiya aktının icrasında məhkələrin payı 11 faiz təşkil edir:

“Növbəti aylarda biz bu rəqəmlərin kifayət qədər artacağını gözləyirik. Bu günə qədər Şəki Rayon Məhkəməsində 36, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində 34, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 30, Balakən Rayon Məhkəməsində 28, Abşeron Rayon Məhkəməsində 27 nəfər barəsində amnistiya aktı tətbiq edilir.

Amnistiya aktı tətbiq edilənlərin 3448 (94%) nəfəri kişilər, 228 (6%) nəfəri isə qadınlardır”.

Paylaş
Xəbər lentİ