Əli Əliyev məhkəmə zalından həbs edildi.

Oxunma sayı: 239
13-01-2022, 18:51

Əli Əliyev məhkəmə zalından həbs edildi.
Yasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.info APA-ya istinadən xəbər verir ki,hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə. Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Xatırladaq ki, DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirov sədrliyi ilə bir müddət sonra baxılacaq.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Onu da qeyd edək ki, iddiaçıların şikayətlərində bildirib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib.Onların şikayətləri ayrı icraatda araşdırılır.

Paylaş
Xəbər lentİ