Bu ölkələr arasında müharibə olacaq - Politoloq

Oxunma sayı: 211
21-01-2022, 19:05

Bu ölkələr arasında müharibə olacaq - Politoloq
“Rusiya ilə Ukrayna arasında müharibə olması ehtimalı yüksəkdir. Çünki Rusiya sərhədyanı ərazilərə qoşun yeridir və bunun izahını verə bilmir. Hər kəsə bəllidir ki, adıçəkilən ölkənin Ukraynaya hərbi müdaxilə etmək fikri var”.

Arasdırma.info xəbər verir ki,bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.


Politoloq qeyd edib ki, Rusiya elə şərtlər irəli sürür ki, onu qəbul etmək mümkün deyil: “Bu məsələdə 2 ssenari ola bilər. Bunlardan biri Ukraynanı yarıya qədər parçalamaq və strateji şəhərləri ələ keçirmək, digəri isə Donbasdakı separatçılara dəstək verərək Krım kimi həmin əraziləri də Rusiyaya birləşdirməkdir. Hər iki halda iki ölkə arasında toqquşma qaçılmazdır. Rusiya xarici işlər naziri Amerika dövlət katibi ilə Cenevrədə görüşüb, ancaq bu danışıqların nəticə verəcəyini gözləmirəm”.

E.Şahinoğlu vurğulayıb ki, müharibə ehtimalı getdikcə artır: “Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibənin olması hələ ki, sual altındadır. Ola bilər təkcə Donbas və ətraf əraziləri Rusiyaya birləşsin. Ancaq nə olursa-olsun, Ukrayna Rusiya ilə mübarizə aparacaq. Həmin ərazilərin işğal olunduğu vaxtda Ukrayna ordusu zəif idi. Son 7 ildə isə Ukrayna ordusu kifayət qədər inkişaf edib. Ukrayna ordusu müasir texnikalarla təchiz olunub. Qərb dövlətlərinin bəziləri tərəfindən də onlara güclü dəstək verilir. ABŞ tərəfi Ukraynaya dəstək verən ən böyük gücdür. Ancaq ABŞ-ın Rusiya ilə birbaşa müharibəyə girəcəyi ehtimalı real deyil. Çünki onların müharibəyə girməsi dünya üçün faciəvi ola bilər. Qərb dövlətlərinin isə tam dəstək verdiyini demək mümkün deyil. Almaniya yaxın zamanlarda Ukraynaya silah satmaqdan imtina edib. Ukraynaya yeganə real dəstək verən ölkə ABŞ-dır. Kanada və Böyük Britaniya kimi ölkələr də adıçəkilən dövlətə xüsusi dəstək verir. Kanadanın Ukraynaya hərbi dəstək verməsinin əsas səbəblərindən biri odur ki, orada böyük Ukrayna diasporu var. İllər boyunca oradan Kanadaya kifayət qədər çox insan köç edib. Yəni, bu diasporun Kanada daxilində böyük gücü var. Son zamanlar Rusiya ilə Böyük Britaniya arasında da münasibətlər əvvəlkinə nisbətən pozulub. Çünki Britaniya anlayır ki, Rusiya Ukraynaya müdaxilə etsə və böyük dövlətlər izləyici qalsa, bu, onların zəifliyi kimi başa düşüləcək”.

Paylaş
Xəbər lentİ