İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib - Dağlıq Qarabağ müzakirəsi...

Oxunma sayı: 661
12-03-2017, 20:32

İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edib - Dağlıq Qarabağ müzakirəsi...


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Rusiyalı həmsədr İqor Popov bildirdi ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

Unikal.org xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş
Xəbər lentİ