Prezident və xanımını toya dəvət etdilər

Oxunma sayı: 449
8-10-2019, 23:53

Prezident və xanımını toya dəvət etdilər
Bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.

Arasdırma.info xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində olublar. Bildirilib ki, dördotaqlı mənzil bütün mebellərlə təchiz olunub.

Söhbət zamanı ev sahibəsi Prezident və xanımını oğlunun toyuna dəvət edib:

"Mən bir şeyi də qeyd edim ki, Sizin şəhid ailələrinə birdəfəlik 11 min manat yardımınız demək olar, subay olan bir çox şəhid övladlarına dəstək oldu. İnşallah, bu yaxınlarda mən Nicata toy etmək istəyirəm. Arzu edərdim ki, Siz Nicatın toyunda iştirak edib, xeyir-dua verəsiniz”.

Ölkə başçısı isə bu dəvətdən məmnun olduğunu bildirib: "Təbrik edirəm bəri başdan. Allah xoşbəxt eləsin. Tarixi məlumdur? Mehriban xanıma deyərsiniz, məmnuniyyətlə gələrik”.

Birinci xanım Mehriban Əliyeva da dəvətdən məmnunluğunu ifadə edib: "Böyük məmnuniyyətlə gəlib iştirak edərəm”.

Paylaş
Xəbər lentİ