Ramiz Mehdiyevə yeni vəzifə - AMEA-nın prezidenti seçildi

Oxunma sayı: 443
23-10-2019, 18:27

Ramiz Mehdiyevə yeni vəzifə - AMEA-nın prezidenti seçildi
Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.

BakuPost.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları iştirak ediblər.

Akademik Akif Əlizadə iclasın gündəliyində AMEA-nın prezidenti seçkisinin olduğunu bildirib. Akademik Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə akademik Ramiz Mehdiyevin namizədliyini təklif edib.

Təklif qəbul olunub və səsverməyə qoyularaq Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Paylaş
Xəbər lentİ