2 noyabr mitinqi ləğv edildi

Oxunma sayı: 461
1-11-2019, 04:25

2 noyabr mitinqi ləğv edildi
Milli Şura (MŞ) noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış mitinqi ləğv edib.

Arasdırma.info xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu barədə Feysbuk səhifəsində məlumat yayıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirmişdi. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.Teleqraf.com

Paylaş
Xəbər lentİ