ABŞ-da ehtiyatda olan general rüşvət almaqda ittiham edilir

Oxunma sayı: 659
15-03-2017, 17:03

ABŞ-da ehtiyatda olan general rüşvət almaqda ittiham edilir

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan admiralı Bryus Lavless San-Diyeqonun federal məhkəməsi qarşısına çıxıb, onlar rüşvət almaqda ittiham edilir.

arasdirma.info bu barədə BBC-yə istinadən xəbər verir.

“Associated Press” və “Reuters” agentliklərinin məlumatına görə, məhkəmə qarşısına ABŞ-ın HDQ-nin daha yeddi zabiti və Dəniz Piyada Korpusunun bir zabiti çıxarılıb.

İttihama görə, zabitlər rüşvət, o cümlədən hotellərdə fahişələrin xidməti ilə dəbdəbəli nahar və şam yeməyi müqabilində gəmilərin hərəkətinə dair məxfi məlumatı ötürürdülər.

İstintaqın məlumatına görə, hərbçilər iş adamı Leonard Frensisdən onun “Glenn Defense Marine Asia” şirkəti ilə əməkdaşlığa görə rüşvət alıblar.

“Washington Post”un yaydığı məlumata görə, ittiham aktında 25 min dollar qiyməti olan saat, 2 min dollara olan “Cohiba” markalı siqar qutusu və şüşəsi 2 min dollara olan konyak da var.

HDQ-nin məlumatına görə, rüşvət işi üzrə 200-dən çox adam cəlb edilib, bura həmçinin 30 admiral daxildir, onların çoxunun adı çəkilmir. Hazırda 27 hərbçiyə qarşı ittiham irəli sürülüb.

Paylaş
Xəbər lentİ