Fransa prezidentliyinə namizədə qarşı cinayət işi açılıb

Oxunma sayı: 698
15-03-2017, 17:17

Fransa prezidentliyinə namizədə qarşı cinayət işi açılıb

Fransa prokurorluğu ölkə prezidentliyinə namizəd Fransua Fiyona qarşı cinayət işinin açıldığını elan edib. O, Fransa parlamentinin deputatı olduğu zaman ailə üzvlərinə saxta məvacib ödəməkdə ittiham edilir.

arasdirma.info bu barədə BBC-yə istinadən xəbər verir.

Prokurorluqdan bildiriblər ki, Fiyona qarşı hazırda dövlət əmlakının xərclənməsinə dair ittiham üzrə rəsmi araşdırma aparılır.

Namizədin vəkili bildirib ki, Fiyona qarşı artıq rəsmi ittiham irəli sürülüb.

Fiyon həyat yoldaşını işə düzəltməkdə və ona göstərmədiyi fəaliyyətə görə məvacib ödəməkdə ittiham edilir.

1986-cı ildən 2013-cü ilə qədər Fiyonun həyat yoldaşı Panelop az işlədiyinin deyilməsinə baxmayaraq büdcə vəsaitindən yüz minlərlə avro məvacib alıb.

Ünvanına səslənən ittihamlara baxmayaraq Fiyon noyabrda qazandığı qələbədən sonra onu heç kim geri çəkilməyə məcbur edə bilməyəcəyini bəyan edib.

Fransada prezident seçkilərinin ilk turu aprelin 23-nə təyin edilib. Fiyon prezident seçkilərində favorit hesab edilirdi, amma onun və ailəsinin ətrafında yaranan qalmaqal onu üçüncü yerə saldı.

Fransua Fiyon özü isə ona qarşı sürülən ittihamları təkzib edir.

Paylaş
Xəbər lentİ