Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.

Oxunma sayı: 548
12-11-2019, 17:50

Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla İlqar Abbasov Şirvan şəhərinin icra başçısı təyin edilib.

Arasdırma.info xəbər verir ki, İ.Abbasov daha əvvəl Suraxanı rayonuna başçılıq edib. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Suraxanı rayon İcra hakimiyətinin başçısı vəzifəsinə Abbasov İlqar Namaz oğlu təyin edilib. Bundan əvvəl İ.N.Abbasov Nərimanov RİH-in başçısı vəzifəsində çalışıb.
Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.
Qeyd edək ki, İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə "Sənaye və mülki tikinti" ixtisası üzrə, Bakı Sosial İdarə etmə və Politologiya institutunu isə 1993-cü ildə "politoloq" ixtisası üzrə bitirib. Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
Prezident İlham Əliyevin bu gün imzaladığı digər sərəncamla Əziz Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Onun yerinə Yasamal rayonundan seçilən millət vəkili Elşad Həsənov təyin edilib.
Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.
Arasdırma.info xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncamla Ə.Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Suraxanı rayonunun icra başçısı İlqar Abbasov prezidentin sərəncamı ilə Şirvana, Şirvan şəhərinin icra başçısı M.Camalov isə Zərdab rayonuna təyinat alıb.
Quliyev Rafiq Çəpərxan oğlu isə Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.
Prezidet İlham Əliyev Mərdan Camalovun Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.
Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Azərbaycan Prezidentinin digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev yeni icra başçıları təyin etdi.
Habelə İlham Əliyevin başqa bir sərəncamı ilə Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Mərdan Camalov mərhum nazir Yavər Camalovun qardaşıdır.

Paylaş
Xəbər lentİ