Hökumət hesabat verir

Oxunma sayı: 712
17-03-2017, 17:15

Hökumət hesabat verir

Milli Məclisin növbəti iclası başlayıb.

İclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatı daxil edilib.

İclasda baş nazir Artur Rasizadə və digər hökumət üzvləri də iştirak edir.
"Təqdim olunan hesabatdan görünür ki, dünyada qeyri-müəyyənlik davam edir. Lakin Azərbaycan prezidentinin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına demək olar ki, ziyan dəyməyib"-deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib.

Oqtay Əsədov qeyd edib ki, hökumət ötən il verilən təklifləri nəzərdən keçirib. Hazırda baş nazir Artur Rasizadə məruzə ilə çıxış edir.

Mənbə: modern.az

Paylaş
Xəbər lentİ