Azərbaycanlı milyonçu YAP-ın deputat siyahısında -

Oxunma sayı: 414
28-12-2019, 23:57

Azərbaycanlı milyonçu YAP-ın deputat siyahısında -
Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.

Arasdırma.info xəbər verir ki, Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.

Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəri olub.

2010-cu ildən şirkət ikinci ev mebeli brendi – “Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağazası var.

Məşhur Məmmədov çox uğurlu biznesmenlərdən sayılır. “Embavud”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur. Şirkətin Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukraynada fabrikləri fəaliyyət göstərir. “Embavud” mağazalarının sayı 57, “Madeyra” mağazalarının sayı isə 78-dir.

Hazırda "Embavud" şirkətinə rəhbərliyi Elşad Abbasov həyata keçirir. Məşhur Məmmədov "Embavud" şirkətinin Direktorlar Şurasının üzvüdür və səhm paketinin 23 faizinə sahibdir.

Paylaş
Xəbər lentİ