Əli Həsənovun nəzarətindəki saytlar fəaliyyətini dayandırdı

Oxunma sayı: 396
5-01-2020, 17:06

Əli Həsənovun nəzarətindəki saytlar fəaliyyətini dayandırdı
Azərbaycanda “aznews.az” və “novosti.az” xəbər saytlarının fəaliyyəti dayandırılıb.


Arasdırma.info axşam.az-a istinadla xəbər verir ki, sözügedən saytların xəbər lentində yanvarın 1-dən etibarən heç bir yenilənmə baş verməyib. Bildirilir ki, saytlara ayrılan maliyyə rəhbərlik tərəfindən dayandırılıb. Artıq kollektivə bununla bağlı qərar açıqlanıb və digər media orqanlarında özlərinə iş tapmaları tövsiyə olunub.



Qeyd edək ki, bağlanan hər iki sayt Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun nəzarətində olub. Əli Həsənov Prezident İlham Əliyevin noyabrın 29-da verdiyi sərəncamla Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

Paylaş
Xəbər lentİ