Professor Zabit Aslanovun Deputat namizədliyi qeydə alındı.

Oxunma sayı: 1 543
7-01-2020, 15:54

Professor Zabit Aslanovun Deputat namizədliyi qeydə alındı.
Qarşıdan Milli Məclisə seçkilər yaxınlaşır.Qeydiyyat davam edir.Azərbaycan İqtisad Universitetinin Professoru Zabit Aslanovun deputat namizədliyi 99 saylı Şəmkir kənd seçki dairəsində qeydə alınıb.
Xatırladırıq ki,Dövlət İqtisad Universitetinin "Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri t.e.d., professor Aslanov Zabit Yunus oğlu 23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur.

1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.

1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında dosent vəzifəsində işləmişdir. 2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında müdir vəzifəsində çalışır.

Texnika elmləri doktoru, professordur.
Ailəlidir,2 övladı var.
Professor Zabit Aslanovun Deputat namizədliyi qeydə alındı.

Paylaş
Xəbər lentİ