Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edilib

Oxunma sayı: 413
13-01-2020, 17:43

Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Arasdırma.info xəbər verir ki, sərəncamda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edilib

Paylaş
Xəbər lentİ