Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub

Oxunma sayı: 388
22-01-2020, 16:59

Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.

Arasdırma.info xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirilib, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edilib.

Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olunub.

Paylaş
Xəbər lentİ