İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

Oxunma sayı: 409
31-01-2020, 00:34

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Arasdırma.info verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına isə gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyli.

Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubov

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyev

Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədov.Publika.az

Paylaş
Xəbər lentİ